MLS-də çıxış edən “İnter Mayami”nin kapitanı Lionel Messi də daxil olmaqla hər bir futbolçunun nə qədər maaş aldığı məlum olub.
Arena.az bu barədə MLS Oyunçular Assosiasiyasının (MLS Players Association) rəsmi portalına istinadən məlumat verir.
Maaşına görə sözügedən liqanın ən ödənişli futbolçularının beşliyini təqdim edirik:
- Lionel Messi (“İnter Mayami”) – 12 milyon dollar (zəmanətli təzminatla: 20 446 667 dollar);
- Serxio Buskets (“İnter Mayami”) – 8 499 996 dollar (8 774 996 dollar);
- Lorenso İnsinye (“Toronto”) – 7,5 milyon dollar (15,4 milyon dollar);
- Cerdan Şakiri (Çikaqo Fayr”) – 7,35 milyon dollar (8,153 milyon dollar);
- Emil Forsberq (“Nyu-York Red Bullz”) – 5,405 milyon dollar (6 035 625 dollar).
Vurğulanır ki, zəmanətli təzminata oyunçunun əsas əmək haqqı, eləcə də müqavilənin dərhal uzadılması mümkün olduğu illər daxil olmaqla, oyunçunun müqavilə müddəti ərzində hər il hesablanan bütün imza üstəlikləri və zəmanətli üstəliklər daxildir.


