Murad Allahverdiyev Avropa Oyunlarını bürünc medalla başa vurdu

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

Arena.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Belə ki, rəqib boksçu 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Bu üzdən də Murad Allahverdiyev Avropa Oyunlarını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün daha bir boksçumuz yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək.

Bununla da Azərbaycanın Polşadakı Avropa Oyunlarında qazandığı medalların sayı 9-a çatıb. Komandamız bu vaxta qədər 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb. Azərbaycan bu göstərici ilə 24-cü sırada qəararlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: