Azərbaycan boksçusu Murad Allahverdiyev Polşanın Krakov şəhərində keçirilən üçüncü Avropa Oyunlarına qələbə ilə başlayıb.
Arena.az xəbər verir ki, 80 kq çəkidə mübarizə aparan yığmamızın üzvü 1/16 final çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan Murad Allahverdiyev 3-cü hissədə tam üstünlüklə qalib gəlib.
O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.
Axşam seansında daha 2 boksçumuz mübarizəyə qoşulub. Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirib. Azərbaycan boksçusu ilk görüşündəcə məğlub olub. Rəqibinə 1:4 (28:27, 27:28, 27:28, 27:28, 26:29) hesabı ilə uduzan Dominqes mübarizəni erkən dayandırıb.
Zeynəb Rəhimova (54 kq) isə Lenuta Periyoçla (Rumıniya) mübarizədə uğur qazana bilməyib. O da mübarizəni erkən dayandırıb.


