Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib.
Boksçumuz 0:5 (26:30, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə məğlub olub. Nəticədə Murad Allahverdiyev Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan boks yığması 5 idmançı ilə yollandığı Paris-2024-də ilk medalını dünən təmin edib. Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanıb. Dominqes bu nəticənin ardından ən azı bürünc medalı təmin edib. Digər boksçularımız isə Olimpiadakı medalsız başa vurublar.
Paris-2024 avqustun 11-də yekunlaşacaq. Azərbaycan Olimpiadada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Onlardan yalnız ikisi – cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) medal qazanıblar. Hər iki idmançımız bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olublar.


