Murat Yakın: “Embolo və Caka üçün darıxırıq”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın Qranit Caka və Bril Embolonun komandadan kənarlaşdırılmasına münasibət bildirib.

Arena.az xatırladır ki, hər iki futbolçu COVID-19-a qarşı saxta vaksinasiya sertifikatı əldə etdiklərini etiraf etdikdən sonra İsveçrə Futbol İttifaqının qərarı ilə milli komandanın düşərgəsindən uzaqlaşdırılıb.

Bu səbəbdən Caka və Embolo İsveçrə millisinin UEFA Millətlər Liqasındakı oyunlarında iştirak edə bilməyəcəklər.

Murat Yakın bildirib ki, futbolçuların heyətdən kənarlaşdırılması ilə bağlı yekun qərarı özü verməyib. İsveçrəli mütəxəssis məsələnin federasiya səviyyəsində müzakirə edildiyini diqqətə çatdırıb:

“Bu qərar federasiya səviyyəsində qəbul edilib. Təbii ki, müzakirələrdə iştirak etmişəm və məsələ ilə bağlı məlumatım olub. Lakin yekun qərarı mən verməmişəm. Əlbəttə, Embolo və Caka üçün darıxırıq”.

Qeyd edək ki, 29 yaşlı Bril Embolo İsveçrə millisində 92 oyun keçirib, 26 qol vurub və 20 məhsuldar ötürmə edib. Qranit Caka isə uzun illərdir yığmanın əsas futbolçularından biridir və hazırda İngiltərənin “Sanderlend” klubunda çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: