Nəriman Abbasov və Tofiq Musayevdən “Qəbələ” ilə yeni müqavilə

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzalayacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, imzalanma mərasimi oktyabrın 19-da baş tutacaq.

Tədbir “Baku MMA Academy”də təşkil olunacaq. Mərasim saat 12:00-da başlayacaq.

Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki ilə qarşılaşacaq. Tofiq Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda ilə üz-üzə gələcək. Nəriman Abbasov isə rusiyalı Ali Abdulxalikovla münasibətlərinə aydınlıq gətirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: