Naci Ünüvar “Trabzonspor”dan erkən ayrıldı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu gənc yarımmüdafiəçisi Naci Ünüvar ilə müqaviləyə xitam verib. Arena.az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.

Bu mövsümün əvvəlində Niderlandın “Ayaks” klubundan icarə əsasında “Trabzonspor”a keçən futbolçunun müqaviləsi mayın 31-nə qədər idi. Amma tərəflər məlum olmayan səbəblərdən bu müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından öncə xitam veriblər.

Naci Ünüvar “Trabzonspor”da cəmi 12 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Ayaks”ın yetirməsi olan 19 yaşlı futbolçu bu klubun əsas komandasında cəmi 3 oyuna çıxıb. O, bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Daha öncə Niderlandın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında oynamış Ünüvar, bu ilin martında Türkiyənin əsas milli komandasında debüt matçına çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: