“Neftçi” yarımmüdafiəçisi Fəhmin Muradbəylini icarəyə verib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə” klubunda çıxış edəcək. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. “Keşlə” də rəsmi saytı vasitəsilə Fəhminin keçidini təsdiqləyib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 8 qola imza atıb.


