“Neftçi” “Keşlə”ni 4 cavabsız qolla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” və “Keşlə” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, qarşılaşma “Neftçi”yə məxsus “Türk Hava Yolları Futbol Mərkəzi”nda baş tutub.

Matç “ağ-qaralar”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin qollarını 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.

Son ölkə çempionu noyabrın 20-də Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sabah”ı qəbul edəcək. “Keşlə” isə noyabrın 19-da “Qarabağ”ın qonağı olacaq.

Premyer Liqada bu mövsüm geridə qalan 10 turda 17 xal toplamış “ağ-qaralar” 3-cü, 10 xalı olan “Keşlə” isə 6-cı pillədə qərarlaşıb.

Yoxlama oyunu
13 noyabr

Neftçi – Keşlə 4:0
Qollar: Yusuf Laval, 28. Roman Maçado, 47; 76. Xəyal Nəcəfov, 52.

Xəbəri sosial şəbəkələrdə paylaş: