“Neftçi” Mirabdulla Abbasov ilə də yeni müqavilə bağladı

“Neftçi” PFK yetirməsi Mirabdulla Abbasov ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: