“Neftçi” Rəhman Hacıyevlə müqaviləni yenilədi, yenə icarəyə verdi

“Neftçi” yarımmüdafiəçisi Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Anlaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.

Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.