“Neftçi” “Termalitsa” ilə də bərabərə qaldı

“Neftçi” Polşanın Keltse şəhərində təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda yerli “Termalitsa” (Nyeçetşa) kollektivi ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürmüş qarşılaşmada qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Ağ-qaralar”ın qollarını Freddi Varqas və Bassala Sambu vurublar.

Baş məşqçi Samir Abasov bu oyunda aşağıdakı heyətə güvənib:

Əsas heyət: 93. Rza Cəfərov, 4. Elvin Camalov, 6. Sessi D’Almeyda, 7. Emil Səfərov, 10. Freddi Varqas, 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 22. Luis Ortis, 23. Cordan Rezabala, 24. Mustafa Sek.
Ehtiyat oyunçular: 1. Emil Balayev (k), 81. Mehdi Həsənov, 91. Nurəziz Əzizov, 8. Emin Mahmudov, 9. Bassala Sambu, 11. İmad Faraj, 14. Edvin Kuç, 25. Aleks Fernandes, 36. Həsən Mahmudov, 47. Murad Məmmədov, 70. Andrey Ştoqrin, 71. Ohori Ryonosuke, 78. Elcan Əbilov, 90. Ramil Şeydayev.

Xatırladaq ki, “Neftçi” toplanış çərçivəsində keçirdiyi ilk yoxlama matçında İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) qarşılaşmışdı. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatmışdı. Paytaxt təmsilçisi növbəti sınaq matçlarında iyulun 27-də “Asteras” (Tripolis, Yunanıstan) və avqustun 1-də AEL (Kipr) ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: