“Neftçi” “Termalitsa” ilə üz-üzə

“Neftçi” Polşanın Keltse şəhərində təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda yerli “Termalitsa” (Nyeçetşa) kollektivi ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq. Qarşılaşma paytaxt klubunun rəsmi “Youtube” telekanalı ilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Neftçi” toplanış çərçivəsində keçirdiyi ilk yoxlama matçında İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) qarşılaşmışdı. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatmışdı. Paytaxt təmsilçisi növbəti sınaq matçlarında iyulun 27-də “Asteras” (Tripolis, Yunanıstan) və avqustun 1-də AEL (Kipr) ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: