Bu gün “Neftçi” PFK-nın yeni idman direktoru Zaur Əzizovun təqdimat mərasimi keçirilib. Arena.az xəbər verir ki, tədbir “Bakcell Arena”nın konfrans zalında baş tutub.
Mərasimdə “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev də iştirak ediblər.
Təqdimat mərasimindən sonra mətbuat konfransı olub. Konfransda çıxış edən klub nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.


