Nestor İrankunda “Uotford”u “Sportinq”ə dəyişdi

Avstraliya millisinin hücumçusu Nestor İrankunda İngiltərənin “Uotford” klubundan ayrılaraq Portuqaliyanın “Sportinq” komandasına keçib.

Arena.az bu barədə Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Sportinq” 20 yaşlı futbolçunun transferi üçün 15 milyon avro ödəyib. Asanlıqla əldə edilə bilən bonuslarla birlikdə sövdələşmənin ümumi dəyəri 18 milyon avroya qədər yüksələ bilər.

İrankunda tibbi müayinədən uğurla keçdikdən sonra “Sportinq”lə 5 illik müqavilə imzalayıb. Yeni müqavilədə futbolçunun sərbəstqalma məbləği 80 milyon avro müəyyənləşdirilib.

Qeyd edək ki, transferdən Münhen “Bayern”i də gəlir əldə edəcək. Almaniya klubu əvvəlki müqaviləyə əsasən, İrankundanın növbəti satışından 40 faiz pay hüququnu özündə saxlayıb.

Nestor İrankunda peşəkar karyerasına vətənində “Adelaida Yunayted”də başlayıb. Daha sonra “Bayern”in sisteminə qoşulan hücumçu İsveçrənin “Qrasşhopper” klubunda da icarə əsasında çıxış edib. Ötən mövsümdə isə “Uotford”un hücum xəttinin əsas futbolçularından biri olub.

İrankunda üçün 2026-cı il dünya çempionatı da əlamətdar olub. O, Türkiyə ilə debüt matçında vacib qola imza ataraq Avstraliya millisinin dünya çempionatları tarixində qol vuran ən gənc futbolçusu olub.

İrankunda indiyədək Avstraliya millisində 19 oyun keçirib və 6 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: