Bu yay “Kəpəz”dən azad agent kimi ayrılmış yarımmüdafiəçi Nicat Süleymanov bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Nicat “dənizçilər”lə 1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Nicat əvvəllər “Araz-Naxçıvan”, “Zirə”, “Qarabağ”, Bakı”, “Turan Tovuz” kimi klubların da formasını geyinib.
“Səbail” daha öncə kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla 1+2 illik müqavilə imzalandığını açıqlamışdı.



