Nicat Süleymanov yenidən “Kəpəz”də

Bu yay “Araz-Naxçıvan”dan ayrılan yarımmüdafiəçi Nicat Süleymanov vaxtilə formasını geyindiyi “Kəpəz”ə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nicat Süleymanov əvvəllər də “Kəpəz”də çıxış edib. O, həm Birinci Liqada, həm də elitada bu komandanın şərəfini qoruyub.

Nicat ötən yay məhz “Kəpəz”dən ayrılaraq “Araz-Naxçıvan”a keçmişdi. Yarımmüdafiəçi Naxçıvan klubunun heyətində 27 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Süleymanov vaxtilə “Zirə”, “Qarabağ”, Bakı”, “Turan Tovuz” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Kəpəz” daha öncə “Səbail”dən Elmir Tağıyevi də birdəfəlik transfer etmişdi. Yeqor Xvalko isə bu klubla yeni müqaviləyə imza atıb. Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvili isə “Kəpəz”i tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: