Azərbaycanlı məşqçi Novruz Əzimov Moldovanın “Dinamo-Avto” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Novruz Əzimov bu il sentyabrın əvvəlində “Dinamo-Avto”nun baş məşqçisi təyin edilmişdi. Sözügedən komanda Moldova Super Liqasında mövsümün əsas hissəsini 6 xalla sonuncu pillədə başa vurub. Lakin klub mövsümə elə -6 xal ilə başladığı üçün, hazırda bu komandanın hesabında xal yoxdur. Cəmi 1 qələbə qazanmış “Dinamo-Avto”, 3 heç-heçə edib, rəqib qapılarından 5 top keçirdiyi halda 26 qola üzülüb.


