Nurməhəmədov Makqreqora ilişdi: “Özünü idarə edə bilmirsən…”

Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov irland Konor Makqreqorun kələ-kötür danışığına münasibət bildirib.

Arena.az xəbər verir ki, Nurməhəməmədov bu barədə “PBD Podcast” YouTube kanalına müsahibəsində danışıb:

“Nə üçün Konorun hətərən-pətərən danışmasına məhəl qoymadım? Mən insanları dinləməyi sevirəm. Bu, çox maraqlıdır, çünki söhbətdən həmsöhbətin IQ-nu hesablaya bilərsiniz.

Əgər səfehsənsə, bununla nə edə bilərsən? Əgər özünü idarə edə bilmirsənsə, deməli, o halda mənim öhdəmdən mütləq gələ bilməzsən. Biz müxtəlif səviyyələrdəyik”, deyə Nurməhəmmədov qətiyyətlə bildirib.

Xatırladaq ki, Konor Makqreqor və Həbib Nurməhəmmədov arasında döyüş 2018-ci ilin oktyabrında UFC 229 turnirinin əsas yarışı çərçivəsində baş tutmuşdu. Döyüş dördüncü raundda Nurməhəmmədovun boğucu fəndlə qələbəsi ilə başa çatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: