Olavale Onanuqa rəsmən “Kəpəz”də!

Albaniyanın “Kastrioti” klubunun nigeriyalı yarımmüdafiəçisi Olavale Onanuqa karyerasını “Kəpəz”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Olavale Onanuqa son olaraq Albaniyada “Kastrioti”nin formasını geyinib. Nigeriyalı oyunçu 2021-ci ildən çıxış etdiyi bu komandada 65 oyun keçirib, 1 qol vurub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Vurğun Hüseynov, Zamiq Əliyev, Əli Səmədov və Ehtiram Şahverdiyevi də heyətinə qatmışdı. Rüfət Əhmədov (“Qəbələ”) və Elmir Tağıyev (“Səbail”) isə icarəyə götürülüb. Gəncə klubunda Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov və Mate Krivkviya ilə də yeni müqavilə imzalanıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: