Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Avropa çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün baş tutan görüşdə millinin baş məşqçisi Elşad Quliyevin komandanın vəziyyəti ilə bağlı hesabatı dinlənilib. Komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirən mütəxəssis qarşıdakı yarışa hazır olduqlarını qeyd edib.
Federasiya prezidenti də komandamızdan yüksək nəticə gözlədiyini bildirib. Orxan Məmmədov futbolçularımıza inandığını vurğulayıb.


