Orxan Məmmədov İspaniyada ən yaxşı seçildi

Çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü Orxan Məmmədov Avropa çempionatının 1-ci seçmə mərhələsinin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Çimərlik futbol üzrə Avropa çempionatının 1-ci seçmə mərhələsinin (EBSL) oyunları İspaniyada keçirilib. B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn Azərbaycan millisi Litvaya (3:4) məğlub olub. Topladığı 5 xalla qrupu ikinci pillədə başa vuran komandamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək superfinala vəsiqə qazanıb.

Azərbaycan millisi Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) qrup ikincisi olaraq superfinala vəsiqə ilə yanaşı, gümüş medal qazanıb. Bu yarış millimizin iki üzvü üçün də əlamətdar olub. Belə ki, millimizin oyunçusu Orxan Məmmədov turnirin ən yaxşı futbolçusu seçilib. Ramil Əliyev isə 5 qolla bombardir olub.

Qeyd edək ki, superfinal 7-14 sentyabr aralığında İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: