Orxan Qurbanlı oynadı, “Dinamo-Avto” tək qolla qalib gəldi

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 18-ci turu çərçivəsində doğma meydanda “Balti” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Orxan bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 18 oyunda 23 xal toplayıb və 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: