Orxan Qurbanlı oynadı, komandası yarımfinalda dayandı

Futbol üzrə Moldova kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sfintul George” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtın 114-cü dəqiqəsində daha bir qol vuran “Sfintul George” ardıcıl üçüncü dəfə Moldova kubokunun finalına yüksəlib. Digər finalçı “Şerif” olub.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 116-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: