Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal”a qarşı cavab səfər oyunu “Portu”nun mərkəz müdafiəçisi Pepe üçün əlamətdar olub.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, məşhur braziliyaəsilli portuqaliyalı müdafiəçi Çempionlar Liqasında meydana çıxmış ən yaşlı futbolçu olub.
Oyunun keçirildiyi 12 Mart günü Pepe 41 yaş 15 günlüyündə meydana çıxıb.
Pepe əslən braziliyalıdır və “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulub. Tərəflər arasında müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.
Pepenin karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır.
Cari mövsümdə müdafiəçi “Portu”nun heyətində bütün yarışlarda 28 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 134 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib. “Qoca” milli yığma komandada çıxışlarını hələ də davam etdirir.
“Transfermarkt” internet-portalı 40 yaşlı Pepenin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


