Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqası və Birinci Liqada “Ayın qolu” layihəsi üzrə yanvar ayının qaliblərini açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasında “Kəpəz”in futbolçusu Turan Manafovun qolu fərqləndirilib. Münsiflər heyətinin səsinə əsasən, Manafov birinci olub. Müdafəçinin Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”la oyunda cərimə zərbəsindən vurduğu qol ən yaxşı seçilib. Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşma “Kəpəz”in 5:2 hesablı qələbəsi ilə nəticələnib.
Birinci Liqada isə “Karvan”ın futbolçusu Emil Qasımovun vurduğu qol münsiflər tərəfindən qalib elan edilib.
Xatırladaq ki, qaliblər PFL-in xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.



