Peşəkar Futbol Liqası (PFL) bu ildən etbarən ilk dəfə keçirəcəyi Azərbaycan İkinci Liqasının başlanma tarixini müəyyənləşdirib.
Arena.az xəbər verir ki, qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL-in bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək.
İlk tur iki gün ərzində – sentyabrın 4-5-də keçiriləcək.
AFFA İcraiyyə Komitəsi tərəfindən 16.06.2023-cü il tarixində verilən qərara uyğun olaraq, Birinci Divizion və İkinci Divizionda (yeni adları ilə Birinci və İkinci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub. Bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.
İkinci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.
İkinci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan Kuboku yarışlarında da iştirakı nəzərdə tutulur.


