Pioli “Renn” ilə cavab oyunundan gözləntilərini paylaşdı

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/16 final mərhələsinin “Renn”lə qarşıdakı cavab oyunu haqda danışıb.

Arena.az “Milan”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Komandama dedim ki, layiqli üstünlük qazanmışıq, amma bunu başa vurub təsnif edilmək üçün “Renn” kimi yaxşı komandaya qarşı ilk dəqiqələrdən birlikdə çalışmalıyıq.

Rəqib nə göstərəcək? “San-Siro”da gördüyümüz komandadan fərqli komanda görəcəyimizi gözləyirik, bilirik ki, onlar vacib bir başlanğıc etməyə çalışacaqlar və biz buna hazırıq”, deyə Pioli vurğulayıb.

Xatırladaq ki, komandalar arasında Milandakı ilk oyun “rossoneri”nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Tərəflər arasında cavab oyunu bu gün, fevralın 22-də, “Roazon Park” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: