Premyer Liqa: 17-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Tura sabah keçiriləcək iki oyunla start veriləcək. İlk oyun günündə “Şamaxı” “Səbail”i, “Araz-Naxçıvan” isə “Sabah”ı qəbul edəcək. Bu oyunları müvafiq olaraq Əliyar Ağayev və İnqilab Məmmədov idarə edəcəklər.

“Zirə” – “Turan Tovuz” matçı Rauf Cabbarova, “Neftçi” – “Kəpəz” görüşü isə Cavid Cəlilova həvalə edilib. Turun sonuncu oyun gününə təsadüf edəcək “Qarabağ” – “Sumqayıt” görüşündə isə Tural Qurbanov söz sahibi olacaq.

Premyer Liqa
17-ci tur

14 dekabr

“Şamaxı” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 16:30.

15 dekabr

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 18:30.

16 dekabr

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva .
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: