Premyer Liqa: 19-cu, 20-ci və 21-ci turların oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu, 20-ci və 21-ci turlarının oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi sayt məlumat yayıb.

Yeri gəlmişkən, PFL-in yaydığı digər məlumata görə, “Qarabağ” klubunun müraciəti, “Şamaxı” klubunun razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə 4-cü dövrənin “Qarabağ” – “Şamaxı” oyunlarının yeri dəyişdirilib. Amma bu klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.

Premyer Liqa

19-cu tur

17 yanvar

“Qarabağ” – “Şamaxı”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

18 yanvar

“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Sumqayıt” – “Səbail”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

19 yanvar

“Kəpəz” – “Turan Tovuz”
Tovuz şəhər stadionu, 16:00.

“Neftçi” – “Sabah”
Bakı. “Neftçi Arena”, 18:30.

20-ci tur

24 yanvar

“Şamaxı” – “Zirə”
Şamaxı şəhər stadionu, 14:00.

25 yanvar

“Səbail” – “Kəpəz”
“Bayıl Arena”, 16:00.

“Sabah” – “Sumqayıt”
“Masazır Arena”, 18:30.

26 yanvar

“Araz-Naxçıvan” – “Neftçi”
Mərdəkan. “Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Turan Tovuz”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

21-ci tur

31 yanvar

“Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu, 16:00.

“Neftçi” – “Şamaxı”
Bakı. “Neftçi Arena”, 18:30.

1 fevral

“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

2 fevral

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: