Premyer Liqa: 20-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Premyer Liqada 20-ci turun qarşılaşmaları 26-28 yanvar aralığında keçiriləcək.

Premyer Liqa
20-ci tur
26 yanvar

“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:00.

27 yanvar

“Kəpəz” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 15:00.

“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 17:30.

28 yanvar

“Araz-Naxçıvan” – “Sumqayıt”
Bakı. “Dalğa Arena”, 15:00.

“Neftçi” – “Qəbələ”
Bakı. “Neftçi Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: