Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunları üçün təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
2024-cü ildəki ilk tura bu gün keçiriləcək “Sabah” – “Neftçi” ilə start veriləcək. Bu oyun FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
“Səbail” – “Zirə” matçını Fərid Hacıyev, “Kəpəz” – “Turan Tovuz” oyununu isə Əli Əliyev idarə edəcək.
“Qəbələ” – “Sumqayıt” oyunu Kamal Umudluya həvalə olunub. “Qarabağ” – “Araz-Naxçıvan” matçında da Rauf Allahverdiyev söz sahibi olacaq.
Premeyr Liqa
19-cu tur
21 yanvar
“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Nicat İsmayıllı.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 16:00.
22 yanvar
“Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00.
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 17:30.
23 yanvar
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 16:30.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


