Premyer Liqa: 23-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turunun 4 oyununun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

23-cü tura sabah keçiriləcək “Sabah” – “Kəpəz” oyunu ilə start veriləcək. Turun açılış oyununda Elçin Məsiyev söz sahibi olacaq.

Günün digər oyununda “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. Bu oyunun baş hakimi Kamran Əliyev olacaq.

Bazar günü daha iki oyun keçiriləcək. Günün ilk oyunu “Sumqayıt”la “Turan Tovuz” arasında təşkil olunacaq. Bu oyunu Rauf Cabbarov idarə edəcək. “Neftçi” – “Zirə” matçı isə FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Qeyd edək ki, 23-cü turun “Qarabağ”la “Qəbələ” arasında keçirilməli olan daha bir oyunu təxirə salınıb. Buna Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sı ilə oyunları səbəb olub.

Premyer Liqa
23-cü tur
17 fevral

“Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 16:00

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Bayıl Arena”, 18:30

18 fevral

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30.

“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: