Premyer Liqa: 24-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

24-cü tura sabah keçiriləcək “Kəpəz” – “Qəbələ” oyunu ilə start veriləcək. Bu oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Şənbə günü baş tutacaq “Turan Tovuz” – “Neftçi” matçında Tural Qurbanov, “Səbail” – “Sabah” görüşündə isə Rəşad Əhmədov söz sahibi olacaq.

Tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq. “Araz-Naxçıvan” – “Zirə” matçı Rauf Allahverdiyevə, “Qarabağ” – “Sumqayıt” oyunu Nicat İsmayıllıya tapşırılıb.

Premyer Liqa
24-cü tur
23 fevral

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu, 17:00.

24 fevral

“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.

“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 17:30.

25 fevral

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Dalğa Arena”, 16:30.

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: