Premyer Liqa: “Arsenal” “Vest Hem”i biabır etdi, MY…

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Vest Hem”lə qarşılaşan “Arsenal” 3 xalı 6 cavabsız qolla qazanıb.

Üç qolun qeydə alındığı “Aston Villa” – “Mançester Yunayted” matçında da qonaqlar qələbəyə seviniblər.

24-cü tura sabah keçiriləcək “Kristal Pelas” – “Çelsi” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
24-cü tur
10 fevral

Mançester Siti – Everton 2:0
Qollar: Haland, 71; 85.

Fulhem – Bornmut 3:1
Qollar: De Kordova, 5. R.Munis, 36; 52 – Senesi, 50.

Liverpul – Börnli 3:1
Qollar: D.Jota, 31. L.Dias, 52. D.Nunyes, 79 – O`Şi, 45.

Luton Taun – Şeffild Yunayted 1:3
Qollar: Morris, 52-pen – Arçer, 30. Makati, 36. V.Sousa, 72.

Tottenhem – Brayton 2:1
Qollar: Sarr, 61. Conson, 90+6 – Qross, 17-pen.

Vulverhempton – Brentford 0:2
Qollar: Norqard, 35. Touni, 77.

Nottingem Forest – Nyukasl 2:3
Qollar: Elanqa, 26. Hadson-Odoi, 45+6 – B.Gimarayn, 10; 66. Şer, 43.

11 fevral

Vest Hem – Arsenal 0:6
Qollar: Saliba, 32. Saka, 41; 63. Qabriel, 44. Trossar, 45+2. Rays, 65.

Aston Villa – Mançester Yunayted 1:2
Qollar: D.Luis, 67 – Höylund, 17. Maktominey, 86.

12 fevral

00:00. Kristal Pelas – Çelsi

Xəbəri sosial şəbəkələrdə paylaş: