Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Arsenal” doğma meydanda qarşılaşdığı “Kristal Pelas”ı 5 cavabsız qolla məğlub edib.
Beş qolun qeydə alındığı “Brentford” – “Nottingem Forest” matçında da meydan sahibləri qələbəyə seviniblər.
21-ci turun qalan qarşılaşmaları 21-22 yanvarda keçiriləcək.
İngiltərə, Premyer Liqa
21-ci tur
12 yanvar
Börnli – Luton Taun 1:1
Qollar: Amduni, 36 – Morris, 90+2.
13 yanvar
Çelsi – Fulhem 1:0
Qol: Palmer, 45+4-pen.
Nyukasl – Mançester Siti 2:3
Qollar: İsak, 35. Qordon, 37 – B.Silva, 26. De Bröyne, 74. Bobb, 90+1.
14 yanvar
Everton – Aston Villa 0:0
Mançester Yunayted – Tottenhem 2:2
Qollar: Hoylund, 3. Raşford, 40 – Riçarlison, 19. Bentankur, 46.
20 yanvar
Arsenal – Kristal Pelas 5:0
Qollar: Qabriel, 11. D.Henderson, 37-öz qapısına. Trossar, 59. Martinelli, 90+4; 90+5.
Brentford – Nottingem Forest 3:2
Qollar: Touni, 19. Mi, 59. Maupay, 68 – Danilo, 3. Vud, 65.
21 yanvar
18:00. Şeffild Yunayted – Vest Hem
20:30. Bornmut – Liverpul
22 yanvar
23:45. Brayton – Vulverhempton


