Premyer Liqa: “Brayton” “Vulverhempton”la bacarmadı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Brayton” doğma meydanda “Vulverhempton”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər yekunda qolsuz heç-heçəyə razılaşıblar.

Beləliklə, hazırda 48 xala malik “Liverpul” vahid liderdir. Bir oyun az keçirmiş və 43 xalı olan “Mançester Siti” ikinci pillədə qərarlaşıb. Sonrakı pillələri tutan “Arsenal”la “Aston Villa”nın da 43 xalı var. Amma onlar buna 21 oyunda nail olublar.

“Tottenhem” 40, “Vest Hem” 35, “Brayton” və “Mançester Yunayted” 32, “Çelsi” 31, “Nyukasl” və “Vulverhempton” 29 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
21-ci tur
12 yanvar

Börnli – Luton Taun 1:1
Qollar: Amduni, 36 – Morris, 90+2.

13 yanvar

Çelsi – Fulhem 1:0
Qol: Palmer, 45+4-pen.

Nyukasl – Mançester Siti 2:3
Qollar: İsak, 35. Qordon, 37 – B.Silva, 26. De Bröyne, 74. Bobb, 90+1.

14 yanvar

Everton – Aston Villa 0:0

Mançester Yunayted – Tottenhem 2:2
Qollar: Hoylund, 3. Raşford, 40 – Riçarlison, 19. Bentankur, 46.

20 yanvar

Arsenal – Kristal Pelas 5:0
Qollar: Qabriel, 11. D.Henderson, 37-öz qapısına. Trossar, 59. Martinelli, 90+4; 90+5.

Brentford – Nottingem Forest 3:2
Qollar: Touni, 19. Mi, 59. Maupay, 68 – Danilo, 3. Vud, 65.

21 yanvar

Şeffild Yunayted – Vest Hem 2:2
Qollar: Brereton, 44. Makbörni, 90+13-pen – Korne, 28. Uord-Prauz, 79-pen.

Bornmut – Liverpul 0:4
Qollar: D.Nunyes, 49; 90+3. D.Jota, 70; 79.

22 yanvar

Brayton – Vulverhempton 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: