Premyer Liqa: “Çelsi” evdə, MS səfərdə qələbə qazandı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Fulhem”lə qarşılaşıb və minimal hesabla qalib gəlib.

Beş qolun qeydə alındığı “Nyukasl” – “Mançester Siti” matçında isə son çempion çətin qələbəyə sevinib.

21-ci turun qalan qarşılaşmaları sonrakı günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
21-ci tur
12 yanvar

Börnli – Luton Taun 1:1
Qollar: Amduni, 36 – Morris, 90+2.

13 yanvar

Çelsi – Fulhem 1:0
Qol: Palmer, 45+4-pen.

Nyukasl – Mançester Siti 2:3
Qollar: İsak, 35. Qordon, 37 – B.Silva, 26. De Bröyne, 74. Bobb, 90+1.

14 yanvar

18:00. Everton – Aston Villa
20:30. Mançester Yunayted – Tottenhem

20 yanvar

16:30. Arsenal – Kristal Pelas
21:30. Brentford – Nottingem Forest

21 yanvar

18:00. Şeffild Yunayted – Vest Hem
20:30. Bornmut – Liverpul

22 yanvar

23:45. Brayton – Vulverhempton

Xəbəri sosial şəbəkələrdə paylaş: