Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“İmişli” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. Turun açılış qarşılaşmasını Əli Əliyev idarə edəcək. Əyalət təmsilçisi Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəyi növbəti oyundan da qalib ayrılmağa çalışacaq.
Günün digər oyununda son çempion “Qarabağ” yenidən elitaya qayıtmış “Qəbələ”ni sınağa çəkəcək. “Azərsun Arena”da keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Qeyd edək ki, turun qalan görüşləri sentyabrın 27-də və 28-də keçiriləcək.
Premyer Liqa
6-cı tur
26 sentyabr
15:30. “İmişli” – “Zirə”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
Bakı. “Azərsun Arena”.
27 sentyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu.
19:00. “Neftçi” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Neftçi Arena”.
28 sentyabr
16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Azərsun Arena”.
19:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
“Masazır Arena”.


