Premyer Liqa: “Liverpul” “Bornmut”u 4 cavabsız qolla yendi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Şeffild Yunayted” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. Səfərdə “Bornmut”la qarşılaşan “Liverpul” isə 4 cavabsız qola sevinib.

21-ci tura sabah keçiriləcək “Brayton” – “Vulverhempton” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
21-ci tur
12 yanvar

Börnli – Luton Taun 1:1
Qollar: Amduni, 36 – Morris, 90+2.

13 yanvar

Çelsi – Fulhem 1:0
Qol: Palmer, 45+4-pen.

Nyukasl – Mançester Siti 2:3
Qollar: İsak, 35. Qordon, 37 – B.Silva, 26. De Bröyne, 74. Bobb, 90+1.

14 yanvar

Everton – Aston Villa 0:0

Mançester Yunayted – Tottenhem 2:2
Qollar: Hoylund, 3. Raşford, 40 – Riçarlison, 19. Bentankur, 46.

20 yanvar

Arsenal – Kristal Pelas 5:0
Qollar: Qabriel, 11. D.Henderson, 37-öz qapısına. Trossar, 59. Martinelli, 90+4; 90+5.

Brentford – Nottingem Forest 3:2
Qollar: Touni, 19. Mi, 59. Maupay, 68 – Danilo, 3. Vud, 65.

21 yanvar

Şeffild Yunayted – Vest Hem 2:2
Qollar: Brereton, 44. Makbörni, 90+13-pen – Korne, 28. Uord-Prauz, 79-pen.

Bornmut – Liverpul 0:4
Qollar: D.Nunyes, 49; 90+3. D.Jota, 70; 79.

22 yanvar

23:45. Brayton – Vulverhempton

Xəbəri sosial şəbəkələrdə paylaş: