Premyer Liqa: “Liverpul”u “Arsenal” dayandırdı, “Çelsi” uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Bornmut” – “Nottingem Forest” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Çelsi” “Vulverhempton”la 6 qolluq ev oyunundan məğlubiyyətlə ayrılıb. “Mançester Yunayted” isə “Vest Hem”lə ev oyununda 3 cavabsız qola sevinib.

Turun mərkəzi oyununda “Arsenal” lider “Liverpul”la qarşılaşıb. Rəqibi üzərində inamlı qələbəyə sevinən London təmsilçisi liderlə aradakı xal fərqini 2-yə endirib. Bununla “Liverpul”un məğlubiyyətsiz oyunlar seriyası da başa çatıb.

23-cü tura fevralın 5-də keçiriləcək “Brentford” – “Mançester Siti” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
23-cü tur
3 fevral

Everton – Tottenhem 2:2
Qollar: Harrison, 30. Brentueyt, 90+4 – Riçarlison, 4; 41.

Brayton – Kristal Pelas 4:1
Qollar: Dank, 3. Hinşelvud, 33. Buonanotte, 34. J.Pedro, 85 – Mateta, 71.

Börnli – Fulhem 2:2
Qollar: Fofana, 71; 90+1 – Palinya, 17. R.Muniz, 21.

Nyukasl – Luton Taun 4:4
Qollar: Lonqstaff, 7; 23. Trippyer, 67. Barnes, 73 – Oşo, 21. Barkli, 40. Morris, 59-pen. Adebayo, 62.

Şeffild Yunayted – Aston Villa 0:5
Qollar: Makqinn, 12. Uotkins, 16. Beyli, 20. Tilemans, 30. Moreno, 47.

4 fevral

Bornmut – Nottingem Forest 1:1
Qollar: Kluyvert, 5 – Hadson-Odoi, 45.

Çelsi – Vulverhempton 2:4
Qollar: Palmer, 19. T.Silva, 86 – Kunya, 22; 63; 82-pen. Disasi, 43-öz qapısına.

Mançester Yunayted – Vest Hem 3:0
Qollar: Hoylund, 23. Qarnaço, 49; 84.

Arsenal – Liverpul 3:1
Qollar: Saka, 14. Martinelli, 67. Trossar, 90+2 – Qabriel, 45+3-öz qapısına.

5 fevral

00:00. Brentford – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: