Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Son çempion “Mançester Siti” doğma meydanda “Börnli” üzərində inamlı qələbəyə sevinib.
Beş qolun qeydə alındığı “Tottenhem” – “Brentford” matçında da meydan sahibləri qələbə qazanıblar.
“Liverpul” isə doğma meydanda “Çelsi”yə böyük hesabla qalib gəlib.
Turun qalan görüşləri sabah keçiriləcək.
İngiltərə, Premyer Liqa
22-ci tur
30 yanvar
Nottingem Forest – Arsenal 1:2
Qollar: Avoniyi, 89 – Qabriel Jezus, 65. Saka, 72.
Fulhem – Everton 0:0
Luton Taun – Brayton 4:0
Qollar: Adebayo, 1; 42; 56. Oqbene, 3.
Kristal Pelas – Şeffild Yunayted 3:2
Qollar: Eze, 17; 27. Olise, 67 – Brereton Dias, 1. Makate, 20.
Aston Villa – Nyukasl 1:3
Qollar: O.Uotkins, 71 – Şer, 32; 36. A.Moreno, 52-öz qapısına.
31 yanvar
Mançester Siti – Börnli 3:1
Qollar: X.Alvares, 16; 22. Rodri, 46 – Əl-Daxil, 90+3.
Tottenhem – Brentford 3:2
Qollar: Udoqi, 48. Conson, 49. Riçarlison, 56 – Maupay, 15. Touni, 67.
Liverpul – Çelsi 4:1
Qollar: Jota, 23. Bredli, 39. Soboslai, 65. L.Dias, 79 – Nkunu, 71.
1 fevral
23:30. Vest Hem – Bornmut
00:15. Vulverhempton – Mançester Yunayted


