Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun son oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Gəncədə baş tutub.
“Kəpəz” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Bu görüşün taleyini bir qol həll edib. Qonaqlar ikinci hissədə vurduqları qol sayəsində Gəncədən 3 xalla qayıdıblar. Bu, mövsümə çox uğursuz başlamış “Qəbələ”nin cari çempionatdakı ikinci qələbəsidir. Qəbələnin eyniadlı təmsilçisi daha öncə doğma meydanda lider “Zirə”yə də oxşar hesabla qalib gəlmişdi.
Turun son qarşılaşması isə “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq. Bu oyuna bu gün saat 18:30-da start veriləcək.
Xatırladaq ki, daha öncə “Qarabağ” “Sumqayıt”a 5:0, “Neftçi” “Turan Tovuz”a 1:0 hesabıyla qalib gəlib. “Səbail” – “Sabah” matçında heç-heçə (2:2) qeydə alınıb.
Premyer Liqa
8-ci tur
1 oktyabr
“Kəpəz” – “Qəbələ” 0:1
Qol: Bilel Auaşeriya, 51.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Gəncə şəhər stadionu, 16:00
Kəpəz: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 22. Rüfət Əhmədov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 15. Cavad Kərimov, 91. Latir Fall, 21. Martins Junior.
Baş məşqçi: Azər Məmmədov
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.


