Premyer Liqa: “Qarabağ” 29 oyundur uduzmadığı “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) “Zəfər turu” adı verilən 12-ci turun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı son çempion “Qarabağ”la çempionatın aşkar autsayderi “Kəpəz” arasında baş tutacaq. Ağdam təmsilçisi bu oyundan qalib ayrılmaqla vahid liderliyi ələ keçirə bilər. Bu komandalar indiyə qədər 54 oyunda üz-üzə gəliblər. Ağdam klubu 29, Gəncə təmsilçisi 14 qələbə sevinci yaşayıb, 11 oyun da heç-heçə bitib. “Qarabağ” bu rəqiblə son 18 qarşılaşmada qol vurub. “Kəpəz” son 29 görüşdə (!) qalib gəlməyib.

Daha sonra “Sumqayıt” doğma meydanda çempionatın ən sürpriz komandasına çevrilmiş “Araz-Naxçıvan”ı qəbul edəcək. Naxçıvan təmsilçisi uğurlu seriyasını davam etdirməklə liderlər qrupunda möhkəmlənməyə çalışacaq. “Sumqayıt” isə üst pillələrə yaxınlaşmaq üçün bu matçdan qalib ayrılmağa borcludur. Bu komandalar arasında indiyə qədər cəmi bir qarşılaşma baş tutub. Yeganə matçda qalib müəyyənləşməyib – 1:1.

Premyer Liqa
“Zəfər turu” (12-ci tur)
3 noyabr

“Səbail” – “Turan Tovuz” 2:1
Qollar: Rüfət Abdullazadə, 47. Aleksandr Ramalinqom, 78-pen. – Otto Con, 27.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Bayıl Arena”, 19:00.

4 noyabr

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 18:00.

5 noyabr

“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 16:00.

“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Masazır Arena”, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: