Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Səbail” son çempion və hazırkı lider “Qarabağ”ı qəbul edəcək. Bu komandalar daha öncə 25 oyunda üz-üzə gəliblər. Bu görüşlərdən ikisi heç-heçə bitib. “Səbail” 3, “Qarabağ” isə 20 oyunda qələbə qazanıb.
Son 10 oyunda üç və ya daha çox qol vurulub. “Qarabağ” texniki nəticə nəzərə alınmamaqla bütün matçlarda rəqib qapısına yol tapıb.
Çempionatdakı son 3 matçında xalsız qalmış “Səbail” “Qarabağ”a da uduzsa, 8-ci pilləyə yuvarlana bilər. “Dənizçilər” hazırda 27 xalla 5-cidirlər. Ağdam klubu isə əksinə, 47 xalla zirvədə qərarlaşıb.
Günün digər oyunu “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. Tərəflərin əvvəlki 6 oyununda heç vaxt heç-heçə qeydə alınmayıb. “Bayquşlar” 4, tovuzlular 2 qələbə qazanıblar. Murad Musayevin istefasından sonra baş məşqçisiz qalmış “Sabah”ı bu oyuna İqor Ponomaryov çıxaracaq.
Qonaq komanda bütün matçlarda qol vurub. Son 5 oyunda meydan sahibi olan komanda xal qazanmayıb.
Komandaların turnir cədvəlində qonşu olması da bu oyuna marağı artırır. Paytaxt təmsilçisi hazırda 26 xalla 7-ci, “Turan Tovuz” isə 25 xalla 8-cidir.
Premyer Liqa
21-ci tur
3 fevral
“Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.
“Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Masazır Arena”, 17:30.
4 fevral
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.
“Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:30.
5 fevral
“Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.


