Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, günün ilk qarşılaşması son çempion “Qarabağ”la mövsümün əsas autsayderi “Kəpəz” arasında baş tutub.
Ağdam təmsilçisi bu oyundan qalib ayrılmaqla vahid liderliyi ələ keçirmək şansına malik idi. Bu komandalar indiyə qədər 54 oyunda üz-üzə gəlmişdilər. Əvvəlki oyunlarda Ağdam klubu 29, Gəncə təmsilçisi 14 qələbə sevinci yaşamışdı, 11 oyun da heç-heçə bitmişdi. “Qarabağ” bu rəqiblə son 18 qarşılaşmada qol vurmuşdu. “Kəpəz” isə son 29 görüşdə (!) qalib gəlməmişdi.
Heç də yaxşı günlərini yaşamayan Gəncə klubu elə bu oyunda da uğursuz çıxış etməklə uğursuz seriyanı 30 matça çıxarıb. Ağdamlılar bu görüşdə 7:1 hesablı qələbəyə seviniblər. Bu, cari mövsümdə ən böyükhesablı qələbə kimi yadda qalıb. Üstəlik, Yassin Benzya mövsümün ilk het-trikinə imza atıb.
Günün digər matçı “Sumqayıt” “Araz-Naxçıvan” arasında baş tutacaq.
Turun ilk oyununda “Səbail” “Turan Tovuz”a qalib gəlib. “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” matçları isə sabah keçiriləcək.
Premyer Liqa
12-ci tur
4 noyabr
“Qarabağ” – “Kəpəz” 7:1
Qollar: Yassin Benzya, 2; 15; 43. Leandro Andrade, 13; 51. Olavio Jununyo, 37 – Adama Niane, 18. Nəriman Axundzadə, 63.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00
Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov (k), 11. Elnur Cəfərov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 9. Mate Kvirkviya, 24. Olavale Onanuqa.
Baş məşqçi: Azər Məmmədov.


