Premyer Liqa: “Qarabağ” – “Sabah” matçında 4 penalti, 6 qol!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Qarabağ” uğursuz mövsüm keçirən “Sabah”ı qəbul edib. Bu komandalar son günlərdə Azərbaycan Kubokunda da qarşılaşmışdılar və ilk oyunda 7:1 hesablı qələbəyə sevinən Ağdam klubu evdə 3:4 hesabıyla uduzmasına baxmayaraq, yarımfinala vəsiqə qazanan tərəf olmuşdu.

Bu komandaların çempionat matçı da məhsuldar keçib. Amma yekunda qalib müəyyənləşməyib. Belə ki, tərəflər hərəyə 3 qol vurduqları bu oyundan 1 xalla ayrılıblar. Maraqlıdır ki, təzminat dəqiqələrində qeydə alınmış son iki qol istisna olmaqla, əvvəlki 4 qol penaltidən vurulub.

Bu nəticədən sonra “Qarabağ” 51 xalla vahid liderdir. “Sabah” isə 28 xalla 5-ci sırada qərarlaşıb. Amma Ağdam təmsilçisindən fərqli, “bayquşlar”ın bu turun digər oyunlarının nəticəsindən asılı olaraq, indiki mövqeyini itirməsi ehtimalı var.

Premyer Liqa
22-ci tur
11 fevral

“Qarabağ” – “Sabah” 3:3
Qollar: Marko Yankoviç, 31-pen. Olavio Juninyo, 64-pen. Yassin Benzya, 90+7 – İshak Belfodil, 45+1-pen; 54-pen. Tellur Mütəllimov, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.

Xəbəri sosial şəbəkələrdə paylaş: