Premyer Liqa: “Qarabağ” üçün yenidən zirvəyə çıxmaq şansı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış oyununda son çempion “Qarabağ” evdə “Sumqayıt”ı sınağa çəkəcək. Ağdam klubu lider “Araz-Naxçıvan”ın xal itkisindən maksimum istifadə etməklə yenidən zirvəyə qayıtmağa çalışacaq.

Qeyd edək ki, hazırda Premyer Liqaya 39 xalla “Araz-Naxçıvan” liderlik edir. “Qarabağ” 38 xalla ikincidir. “Sumqayıt” isə 19 xalla 6-cı pilədə qərarlaşıb. Vaqif Cavadovun rəhbərlik etdiyi komanda güclü rəqiblə oyunda xal və ya xallar qazansa belə, yenə indiki mövqeyində qalacaq.

Premyer Liqa
17-ci tur

14 dekabr

“Şamaxı” – “Səbail” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:20.

“Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Coy Lens Mikels, 78.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 16:30.

15 dekabr

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Kəpəz” 2:1
Qollar: Yeqor Boqomolski, 4. Filip Ozobiç, 22 – Orxan Əliyev, 77.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 18:30.

16 dekabr

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva .
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: