Premyer Liqa: “Səbail” “Sumqayıt”a da qalib gələcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun ilk oyununda “Səbail” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. Paytaxt təmsilçisi hazırda 37 xalla 2-ci, Sumqayıt təmsilçisi isə 36 xalla 4-cü pillədə qərarlaşıb.

“Səbail”lə “Sumqayıt” indiyə qədər 24 oyunda üz-üzə gəliblər. Bu oyunlarda bakılılar 8, sumqayıtlılar 13 qələbə qazanıblar, 3 görüşdə qalib müəyyənləşməyib. “Sumqayıt” son beş matçı qolsuz tərk etməyib. “Səbail” evdəki son iki qarşılaşmada xal qazanmayıb.

Premyer Liqa
26-cı tur
8 mart

“Səbail” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 19:00.

9 mart

“Kəpəz” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 17:30.

10 mart

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:30.

“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: