Premyer Liqa: “Səbail”lə “Kəpəz”dən dramatik heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Bayıl qəsəbəsində baş tutub.

Burada “Səbail” və “Kəpəz” komandaları üz-üzə gəliblər. Qarşılaşmanı Cavid Cəlilov idarə edib.

Gəncə təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparır. Ötən tur “Araz-Naxçıvan”a qalib gəlmiş Adil Şükürovun komandası bu dəfə eyni aqibəti “Səbail”ə yaşatmaq arzusundaydı.

“Dənizçilər”in isə son turlarda işləri elə də yaxşı getmirdi. Komanda son 4 matçında qələbəyə həsrət idi. Üstəlik, Şahin Diniyevin kollektivi bu görüşlərdə cəmi 1 heç-heçə etmiş və 3 məğlubiyyətə üzülmüşdü. Bu uğursuz nəticələr komandanın liderlər qrupundan uzaq düşməsinə də səbəb olmuşdu.

“Səbail”lə “Kəpəz” bu günə qədər 11 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə bakılılar 6, gəncəlilər 3 qələbə qazanmışdılar, 2 oyunda qalib müəyyənləşməmişdi. “Səbail” bu rəqibinə evdə uduzmamışdı. “Kəpəz” son 3 qarşılaşmada qələbə qazanmamışdı.

Dramatik keçən bu matçda da qalib müəyyənləşməyib. İlk yarıda 2:0 önə keçən “Kəpəz” nəinki bu üstünlüyü əldən verib, hətta məğlub duruma düşüb. Gəncəlilər yalnız əlavə vaxtda vurduqları möhtəşəm qolla məğlubiyyətdən xilas ola biliblər.

Premyer Liqa
30-cu tur
14 aprel

“Səbail” – “Kəpəz” 3:3
Qollar: Pedro Nuno, 39. Aleksandr Ramalinqom, 53. Rüfət Abdullazadə, 73 – Elmir Tağıyev, 25. Latir Fall, 29. Mate Kvirkviya, 90+6.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Bakı. “Bayıl Arena”, 16:30.

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: